“İrəli” İctimai Birliyinin (İB) “iDance” komandası “My Dance” yarışmasında iştirak edəcək. “My Dance” rəqs şousu ilk dəfə Ukraynanın paytaxtı Kiyevdə keçirilib. Bu payız isə dünyanın ən böyük rəqs yarışması ilk dəfə Bakıda gerçəkləşəcək.
   Yarışmanın məqsədi istedadları bir araya gətirməkdir. Layihədə yaş məhdudiyyəti qoyulmur. Yarışmaya 8 komandanın qatılacağı və hər bir komandada yüzlərlə könüllünün iştirakı nəzərdə tutulub. Rəqslər peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Dövlət Bayrağı Meydanında təşkil olunacaq yarışmalar Gənclər və İdman Nazirliyinin dəstəyi ilə canlı efir vasitəsilə yayımlanacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar