Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Kişineudakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 23-də 4 moldovalı rəssamın (Tatyana Frunze, Aleksandr Alavatski, Yakov Tixman, İlie Aleksandr Leu) Azərbaycana yaradıcılıq səfəri başlayıb. Moldova rəssamları azərbaycanlı həmkarları ilə birlikdə Bakı və onun ətrafını gəzərək rəsmlər çəkəcəklər. Səfər sentyabrın 30-dək davam edəcək. Tədbirin sonunda "Qalereya 1969" salonunda birgə yekun sərgi keçiriləcək.
Qeyd edək ki, bu il iyunun 21-27-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə 4 azərbaycanlı rəssamın (Nazim Məmmədov, Nazim Şamxorov, Anar Hüseynzadə, Aqşin Kazımov) Moldovaya səfəri təşkil olunub. Səfərin sonunda Azərbaycan və Moldova rəssamlarının Kişineuda sərgisi təşkil edilib.