Oktyabrın 7-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Xəzəryanı ölkələrin rəssamlarının sərgisi açılıb.

Sərgi paytaxtımızda keçirilən Xəzər Biennalesi çərçivəsində təşkil olunub. Açılış mərasimində mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, mədəniyyət və incəsənət xadimləri, diplomatlar, sənətsevərlər iştirak ediblər.
Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Xəzər Biennalesi haqqında məlumat verib. Bildirib ki, Xəzər Biennalesi ilk dəfə Bakıda sovet dövründə keçirilib.
Qeyd olunub ki, Xəzər regionu çox gözəl və maraqlı bir bölgədir. Burada həm Şərq, həm də Qərb mədəniyyətlərinə rast gəlmək mümkündür. Bakı məhz belə mədəniyyətlərin öz əksini tapdığı bir şəhərdir. Həmçinin Xəzər ətrafında yerləşən ölkələrin - Rusiyanın, İranın, Azərbaycanın, Qazaxıstanın, Türkmənistanın incəsənətinə dünyada böyük maraq var. Tədbirin məqsədi təkcə rəssamları bir yerə toplamaq deyil, həm də dünya incəsənətində gedən böyük proseslərdə rəssamın yerini müəyyən etməkdir: “Müasir dövrdə incəsənətdə olan problemlər bütün dünyada eynidir. Biz bacardığımız qədər bu problemləri aşkar etməli, fikrimizi söyləməli və həmfikir olmağa çalışmalıyıq”.
Qeyd edilib ki, Xəzər Biennalesində Britaniya və Almaniyadan da qonaqlar iştirak edirlər. Tədbir oktyabrın 9-da başa çatacaq. Müzakirələrin nəticəsi kimi kitabça çap ediləcək və bu sahənin mütəxəssisləri arasında paylanılacaq.
Sonra mərasim iştirakçıları sərgi ilə tanış olublar. Ekspozisiyada Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan rəssamlarının əsərləri yer alıb.
Sərgidə əl işləri nümayiş olunan qonşu ölkələrin rəssamları tədbiri yüksək qiymətləndiriblər. “Bakıda əsərlərimi nümayiş etdirmək mənim üçün çox xoşdur. Şəhəriniz çox gözəldir. Qazaxıstan və Azərbaycan xalqlarını qədim tarixi köklər birləşdirir. Biennalenin davamlı olmasını arzu edirəm”, - deyə qazaxıstanlı rəssam jurnalistlərə müsahibəsində bildirib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar