Oktyabrın 10-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey sərgi kompleksində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən “Gənc istedadların yaradıcılığında ənənə və müasirlik” layihəsi çərçivəsində gənc rəssamların əsərlərindən ibarət sərgi açılıb.
Sərgidə gənc rəngkar, heykəltəraş, qrafik, xalçaçı-rəssam, memar və modelyer-dizaynerlərin yaradıcılıq işləri təqdim olunub.
Açılış mərasimində layihənin iştirakçısı olan modelyer-dizaynerin geyim kolleksiyası da nümayiş olunub.
Sərginin ikinci günündə mütəxəssislərin iştirakı ilə “Ənənə və müasirlik” mövzusu ətrafında müzakirələr aparılacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar