Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 18 Oktyabr - Müstəqillik Gününə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı tədbir-sərgi təşkil olundu.

Tədbirdə rəssamlar, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, Heydər Əliyev adına Ali Hərbi Dənizçilik Məktəbinin kursantları və digər qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən 22 ildə keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan söz açdı. Qeyd olundu ki, 1991-ci il oktyabrın 18-də respublika Ali Soveti “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında\" Konstitusiya Aktını qəbul edib və bununla da xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşub.
Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağəli İbrahimov bildirdi ki, bir xalqın müstəqilliyindən qiymətli heç nə ola bilməz: “Biz müstəqilliyimizi asanlıqla əldə etməmişik, istiqlalımız enişli-yoxuşlu yollardan keçib. Sərginin təşkilində məqsədimiz gənc rəssamların müstəqil ölkəmizin keçdiyi inkişaf yolunu, qazandığı uğurları necə gördüklərini ifadə etmələrinə imkan yaratmaqdır”.
Sonra sərgiyə baxış keçirildi. Sərgidə 20-dən artıq gənc rəssamın müstəqil Azərbaycanın inkişafını əks etdirən 50-dən çox qobelen, rəsm və heykəltəraşlıq əsəri nümayiş olundu. Gənc rəssamlardan Aysel Əmirova, Fəridə Süleymanova, Mehriban Şahtaxtinskaya, Tofiqə Zeynalova, Taleh Mirkazımov, Adilə Qurbanova, Kəmalə Musayeva, Elçin Nəsirov və başqalarının əl işləri maraqla qarşılandı.

Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar