İstedadlı gənc rəssam Məryəm Ələkbərlinin əsərlərinin fransız və ingilis dillərində kataloqu çapdan çıxıb. Kataloq rəssamın çoxşaxəli, rəngarəng, göz və könül oxşayan yaradıcılığı barədə tam təsəvvür yaradır. Məryəm Ələkbərlinin əl işləri xarici ölkələrdə uğurla nümayiş olunub, 2011-ci ildə Berlində, Parisdə, 2012-ci ildə Moskvada sərgiləri keçirilib. 2012-ci ildə Moskvada keçirilən “Ənənələr və müasirlik” VI Beynəlxalq İncəsənət Festivalında “Vera” mükafatına layiq görülüb.
Kataloqun “ön söz”ündə deyilir ki, Məryəmin əsərlərindən ibarət sərgilərin təkcə siyahısı fitri istedad sahibi olan bu rəssamın yaradıcılığına nə dərəcədə böyük maraq olduğunu təsdiq edir.
Harmoniya və məhəbbət dolu qeyri-adi yaradıcılığı ilə həqiqi sənət xiridarlarını sevindirən rəssamın sənəti haqqında dolğun təsəvvür yaradan kataloq “Şərq-Qərb” nəşriyyatında nəfis poliqrafik tərtibatda çap olunub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar