Oktyabrın 24-də Moskvada, Dövlət Şərq Muzeyində Arif və Orxan Hüseynovların “Azərbaycan nağılı” adlı sərgisi açılacaq. Sərginin təşkilatçıları Heydər Əliyev Fondu, Rusiya Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın Rusiyadakı səfirliyi, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqıdır.
Azərbaycanın Xalq rəssamı Arif Hüseynov ölkəmizdə və onun hüdudlarından kənarda yaxşı tanınır. Onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, Şərq Xalqlarının Dövlət İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılır.
Orxan Hüseynovun müxtəlif janrlarda yaratdığı əsərlər - installyasiyalar, obyektlər, videoart Bakı, Moskva, London və Parisdə nümayiş etdirilib. Hər iki rəssamın rəngkarlıq və qrafika əsərlərində azərbaycanlıların adət-ənənələri, vərdişləri Azərbaycan nağılları və folkloru prizmasından parlaq və məzəli şəkildə, yumor hissi və fantaziya ilə təsvir olunur.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar