Oktyabrın 29-da “Arts Council Azerbaijan” (“Azərbaycan İncəsənət Konsulluğu”) qeyri-hökumət təşkilatı tərəfindən “Art Villa” qalereyasında “Payız günü” mövzusunda sərgi keçiriləcək.
Sərgidə müxtəlif üslubda və texnikada işlənmiş rəngkarlıq nümunələri təqdim olunacaq. İlin ən gözəl fəsillərindən birinə həsr olunmuş sərgidə müxtəlif növ kompozisiyaların sırasında mənzərə, şarj, portret janrında çəkilmiş əsərlər nümayiş etdiriləcək.
Sərgidə Rəhim Həşimov, Gündüz Xanlar, Teymur Qəribov, İntiqam Ağayev, Elşad Xose, Ruslan Kovalyov, Rəşad Mehdiyev, Aydın Əsgərov, Günay Hüseynova, Babək Rüstəmzadə, Leyla Altunay, Dadaş Məmmədov, Hicran Əlioğlu, Fidan Abdullazadə və başqalarının əsərləri nümayiş etdiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar