Oktyabrın 25-də Azərbaycan Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi və Milli İncəsənət Muzeyinin təşkilatçılığı ilə "Azərbaycan incəsənəti minilliklər boyu" adlı sərginin açılış mərasimi və "Azərbaycan el sənəti" adlı kitabın təqdimatı keçiriləcək.
Azərbaycanda xalqın maddi və mənəvi mədəniyyətini özündə əks etdirən ilk təsviri sənət nümunələri hələ mezolit dövründə (e.ə XII-VII minilliklərdə) yaranıb və sonrakı dövrlərdə inkişaf edib. Qobustan qayaüstü təsvirlərində insan məskənin keçdiyi bütün inkişaf mərhələləri, dini görüşləri, əmək fəaliyyəti, ətraf mühitə münasibəti bədii təsvir vasitələri ilə əks etdirilib. Qədim insanlar müxtəlif heyvan surətlərini totem kimi qəbul edirdilər. Ekspozisiyada bu qəbildən olan göyərçin, tovuz quşu, keçi fiqurları nümayiş olunacaq.
Azərbaycanda keramika üzərində piktoqramlar eneolit dövrünə aid edilir. Belə keramika nümunələri arxeoloji qazıntılar zamanı Göygöl, Beyləqan, Naxçıvan, Qazax, Şabran və s. yerlərdə aşkar edilib. Ekspozisiyada ilk tunc və dəmir dövrünə aid eksponatlarla yanaşı, XI-XIX əsrlərdə hazırlanmış yüksək bədii metal nümunələri də ekspozisiyada yer alıb.
Sərgidə eyni zamanda metal, ağac, sümük və aşdan düzəldilmiş əşyalar, həmçinin xalça və xalça məmulatları, tikmələr, milli geyim nümunələri də təqdim olunacaq. XIX-XX əsrlərdə yaşayıb-yaratmış görkəmli Azərbaycan rəssamlarından Abbas Hüseyni, Əkbər Şərgizad Təbrizi, Mirzə Qədim İrəvani, Bəhruz Kəngərli, Əzim Əzimzadə, Mir Möhsün Nəvvabın əsərləri də sərgidə yer alacaq.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar