Noyabrın 2-də Müasir İncəsənət Muzeyində Əməkdar rəssam Eldar Qurbanovun fərdi sərgisi açılıb. Anadan olmasının 65, yaradıcılıq fəaliyyətinin isə 40 illiyinə həsr olunmuş sərgidə fırça ustasının 85 əsəri nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Dünya Rəssamlıq Akademiyasının üzvü, Xalq rəssamı Xanlar Əhmədov, muzeyin icraçı direktoru Xəyyam Abdinov, Əməkdar rəssam İsmayıl Məmmədov yubilyarın özünəməxsus yaradıcılıq üslubundan söz açıblar.
Bildirilib ki, Eldar Qurbanov 1989-cu ildə Xəzəryanı respublikaların biennalesində qızıl medala layiq görülüb, 1994-cü ildə Azərbaycan Rəssamlar İttifaqının Soltan Məhəmmədin xatirəsinə həsr olunmuş müsabiqəsinin laureatı olub. Əsərləri Rusiya Rəssamlar İttifaqında, Tretyakov qalereyasında, Hyustonda “Ramko” İncəsənət Mərkəzində, İstanbulda, o cümlədən Azərbaycanda və xaricdə şəxsi kolleksiyalarda saxlanılır.
Tədbirdə Eldar Qurbanova Dünya Rəssamlıq Akademiyasının diplom və medalı təqdim edilib. Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar