Noyabrın 7-də Milli İncəsənət Muzeyində Türkiyə səfirliyinin, “Nargis” jurnalının və “Palmali” şirkətlər qrupunun dəstəyi ilə Yunus Əmrə Türk Mədəniyyət Mərkəzi tərəfindən ebru sənətinə (su üzərindən rəsmin kağıza köçürülməsi) həsr olunmuş sərgi açılıb.
Açılış mərasimində Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun sərginin əhəmiyyətindən danışıb. Bildirib ki, hər iki ölkə zəngin mədəniyyət tarixinə malikdir. Sərgini təşkil etməkdə məqsəd Türkiyənin ebru sənəti ilə Azərbaycan muğam sənətini bir arada təqdim etməkdir.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar. Gecə Xalq artisti Canəli Əkbərovun ifasında muğam konserti ilə davam edib. Sonda tədbirin təşkilatçılarına Türkiyə səfirliyinin hədiyyələri təqdim edilib.
Türkiyənin ebru sənətinə aid 3 rəssamın 37 işinin nümayiş olunduğu sərgi noyabrın 17-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar