Xəbər verdiyimiz kimi, Çexiyanın Lidise şəhərində keçirilən 41-ci Beynəlxalq Uşaq İncəsənət Sərgisinə əl işlərini təqdim edən azərbaycanlı balaca rəssamların bir neçəsi mükafatlara layiq görülüb.

İkinci Dünya müharibəsi zamanı qətlə yetirilmiş Lidise kəndinin uşaqlarının xatirəsini yad etmək məqsədilə keçirilən sərgi 1973-cü ildən beynəlxalq xarakter alıb və dünyanın ən böyük uşaq sərgisinə çevrilib. Lidise Memorialı tərəfindən təşkil olunan sərgi 2001-ci ildən Çexiya Mədəniyyət, Xarici İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, UNESCO üzrə Çexiya komissiyasının himayəsi altında gerçəkləşir.
"Xalqımın ənənələri və irsi" mövzusunda builki sərgiyə 68 ölkədən 24 min 593 əsər göndərilib. Azərbaycandan sərgiyə iş göndərmiş 45 iştirakçıdan 5-i təltif olunub. Abşeron rayonu Saray qəsəbə uşaq incəsənət məktəbinin şagirdi Rəna Abdullayeva (10 yaş) sərginin ən yüksək mükafatı - "Lidise qızılgülü" medalına layiq görülüb. Rəhman Əliyev (13 yaş, Quba şəhər uşaq incəsənət məktəbi), Nigar Müslümova (13 yaş, Rusiya Mədəniyyət Mərkəzi), Elvina Nəbiyeva (15 yaş, Bakı şəhər Uşaq və Yeniyetmələr Yaradıcılıq Mərkəzi), Adil Baxşəliyevə (11 yaş, Bakı şəhər 46 nömrəli məktəbdənkənar tərbiyə işi mərkəzi) fəxri fərmanlar təqdim olunub







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar