Moskvada Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun əsərlərinin sərgisi

Moskvadakı M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasında Azərbaycanın Xalq rəssamı Toğrul Nərimanbəyovun əsərlərinin sərgisi açılıb. Sərgidə görkəmli sənətkarın Azərbaycanın Xalq yazıçısı Anarın Moskvada işıq üzü görən “Dədə Qorqud” povestinin tərtibatında istifadə edilmiş qrafika əsərləri nümayiş olunur.

Ş.Mərcani adına Elmi və Mədəni Proqramlara Dəstək Fondunun Azərbaycan Mədəniyyət Mərkəzi ilə birlikdə təşkil etdiyi sərgidə rəssamın 30-dan çox əsəri yer alıb.
Azərbaycanın Rusiyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Nigar Axundova tədbiri açaraq bildirib ki, Toğrul Nərimanbəyov özünəməxsus rəsm üslubuna malik dünya şöhrətli rəssamdır. Onun əsərlərində sanki Azərbaycan təbiətinin bütün rəng çalarları toplanaraq tamaşaçının qəlbində əks olunur.
Mərasimdə Azərbaycan Yazıçılar Birliyi Moskva bölməsinin sədri Tofiq Məlikli, Azərbaycanın Xalq rəssamı Arif Hüseynov, Ş.Mərcani Fondunun direktoru Rüstəm Süleymanov, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Nisə Mustafayeva, sərginin kuratoru Yuliya Volodina çıxış ediblər. Tədbirdə Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, Ümumrusiya Azərbaycan Konqresi və Moskva ictimaiyyətinin nümayəndələri iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar