Londondakı “Sotbis” hərracının internet səhifəsində görkəmli Azərbaycan rəssamı, Əməkdar incəsənət xadimi Cavad Mircavadovun “Şərq miniatürləri improvizasiyası” silsiləsindən 1985-86-cı illərə aid “Məkkəyə səyahət” (205x150 sm, kətan, yağlı boya) adlı əsərinin satışa çıxarılması barədə məlumat verilib. Skandinaviya kolleksiyaçısının şəxsi kolleksiyasından seçilmiş əsərin qiyməti 80-112 min ABŞ dolları məbləğində müəyyən edilib.
Azərbaycan incəsənət tarixində yeni istiqamətin banisi kimi tanınan Cavad Mircavadov 1923-cü il yanvarın 19-da Bakıda anadan olub. Rəssam ilk rəngkarlıq əsərini 1967-ci ildə yaradıb. Cavad Mircavadovun yaradıcılığı formaca müasirdir, məzmunca isə milli incəsənətin ənənələrinə əsaslanır. Rəssamın obraz və süjetlər aləmi həyat, ölüm, xeyir və şər, bəzən yüksək emosionallıq, qadın və kişi başlanğıcının vəhdəti və əksliyi kimi bəşəri dəyərlərdir. Cavad Mircavadov 1992-ci il iyunun 24-də vəfat edib.
Ötən il Milli İncəsənət Muzeyində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən rəssamın 90 illiyi münasibətilə sərgisi təşkil olunub.
2013-cü ilin martında “Sotbis” hərrac evi tərəfindən Londonda təşkil olunmuş “Yol ayrıcında” (“At the Crossroads”) adlı sərgidə Azərbaycan rəssamlarının əsərlərinin nümayişi və satışının həyata keçirilməsi, bu dəfə isə Cavad Mircavadovun əsərinin hərraca çıxarılması və ona yüksək qiymət təyin edilməsi dünyanın nüfuzlu kolleksiyaçılarının, incəsənət ictimaiyyətinin Azərbaycan təsviri sənətinə artmaqda olan marağının göstəricisidir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar