Noyabrın 30-da Portuqaliyanın Lissabon şəhərində “Beynəlxalq sürrealizm bu gün” mövzusunda sərgi açılacaq. Sərgidə Azərbaycandan rəssam Mehriban Əfəndi iştirak edəcək. Növbəti dəfə bu sərgiyə qatılacaq rəssam ölkəmizi öz əsəri ilə təmsil edəcək. Rəssam bildirib ki, ilk dəfə “Sürrealizm bu gün” hərəkatına 2010-cu ildə Portuqaliya rəssamı Santiaqo Riberonun dəvəti və Bissaya Barreto Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində qatılıb. Layihə Salvador Dalidən sonra dünyada yaşayıb-yaradan professional sürrealist rəssamların bir araya gətirilməsi və daimi olaraq onların sərgilərini keçirmək məqsədini daşıyır. Dekabrın sonunadək davam edəcək builki sərgidə 29 ölkənin rəssamları iştirak edəcəklər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar