Dekabrın 11-də Sankt-Peterburq Rəssamlar İttifaqının sərgi mərkəzində “Azərbaycan xalçaları” sərgisi açılıb. Gənc xalça ustalarının əl işlərinin nümayiş olunduğu sərginin təşkilatçıları ölkəmizin Sankt-Peterburqdakı baş konsulluğu və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzidir.

Sərgi Azərbaycan xalqının ümummilli lideri, görkəmli siyasətçi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyi çərçivəsində təşkil edilib. Açılışda Sankt-Peterburq Administrasiyasının nümayəndələri, şəhərdəki universitetlərin alimləri, diplomatik korpusun təmsilçiləri və Azərbaycan diasporunun üzvləri iştirak edibər.
Ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Azərbaycanın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrinin dirçəlməsində misilsiz rol oynamış Heydər Əliyevin şanlı ömür yolundan danışıb. Heydər Əliyevin Azərbaycanda elm, təhsil, mədəniyyət və incəsənətin inkişafına diqqət və qayğı göstərdiyini vurğulayan diplomat bildirib ki, Prezident İlham Əliyev bu inkişaf strategiyasını uğurla davam etdirir.
Azərbaycan mədəniyyətinin qədim qolu olan xalçaçılıq sənətindən danışan baş konsul ümidvar olduğunu bildirib ki, sərgi Rusiya ictimaiyyəti nümayəndələrinin Azərbaycan mədəniyyəti ilə daha yaxından tanış olmasına imkan verəcək, xalqlarımız arasında münasibətlərin möhkəmlənməsinə xidmət göstərəcək.
Sankt-Peterburq Administrasiyasının nümayəndəsi Olqa Podşuveyt ənənələrin və müasirliyin ahəngdar şəkildə qovuşduğu Azərbaycanda bütün sahələrin inkişaf dinamikasını xüsusi vurğulayıb və müasir xalça ustalarının Sankt-Peterburqda təşkil edilmiş sərgisinin buna parlaq nümunə olduğunu bildirib.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Vilayət İsmayılov Azərbaycan xalça sərgisinə göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, dünyanın bir çox muzeylərində nümayiş etdirilən çoxsaylı xalça sərgilərində Azərbaycan xalçalarının xüsusi yeri olduğunu diqqətə çatdırıb.
Mərasimdə çıxış edən Sankt-Peterburq “Milli Mədəniyyətlər Evi” ictimai təşkilatının sədri Bislan Xamxokov şəhər əhalisinin çoxmədəniyyətli və çoxkonfessiyalı tərkibə malik olduğunu bildirib, Azərbaycan mədəni irsini nümayiş etdirən sərginin əhəmiyyətindən danışıb.
Sərgidə qonaqlara Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binası ilə bağlı videoçarx göstərilib.
Sonda sərginin təşkilatçıları adından Sankt-Peterburq Administrasiyasının Xarici əlaqələr komitəsinə əl ilə toxunmuş xalça hədiyyə edilib.
Sərgi dekabrın 15-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar