Dekabrın 16-da BMT-nin Vyana ofisində Azərbaycan xalçasının təqdimatı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qarabağ məktəbinin nümunəsi olan xalçanı bu ilin may ayında Avstriyaya rəsmi səfəri zamanı bu quruma hədiyyə edib. Xalça ofisin əsas binasının ən gözəgəlimli hissəsində asılıb. Mərasimdə Azərbaycanın Avstriyadakı səfiri və beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilov və BMT-nin Vyana ofisinin baş direktoru Yuri Fedotov iştirak ediblər.
Baş direktor Azərbaycan xalq sənəti nümunəsi ilə BMT-nin ofisini zənginləşdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Xalçanın yanında yerləşdirilmiş lövhə üzərində ingilis və Azərbaycan dillərində bu sözlər yazılıb: “Qarabağ xalçaçılıq məktəbindən ənənəvi Azərbaycan xalçası. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev tərəfindən ianə edilmişdir. 14 may 2013-cü il”.
Qeyd edək ki, ənənəvi olaraq BMT-nin Vyana ofisinə müxtəlif ölkələrdən maddi-mədəniyyət nümunələri, rəsmlər və heykəltəraşlıq əsərləri hədiyyə edilir. Vyana ofisində BMT sisteminə daxil olan bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, BMT-nin Sənaye və İnkişaf Təşkilatı, Nüvə Silahlarının Hərtərəfli Qadağan Olunması üzrə Müqavilə Təşkilatı və digər mühüm qurumların mərkəzi qərargahları yerləşir. Bina daxilindəki təşkilatlarda ümumilikdə 3000-dən çox əməkdaş çalışır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar