Əmmandakı Kral Hüseyn adına mədəniyyət mərkəzində “Milad görüşləri” adlı xeyriyyə konserti olub. Konsert “Nadejda” rus mədəniyyəti həvəskarları qadın klubu və “İbn Sina” sovet və Rusiya ali məktəbləri məzunları klubunun birgə təşkilatçılığı, Rusiyanın İordaniyadakı səfirliyinin və Rusiya Mədəniyyət Mərkəzinin dəstəyi ilə keçirilib.
Konsertin açılışında “Nadejda” klubunun sədri Qalina Kiselyova-Omar və “İbn Sina” məzunlar klubunun sədri Salyam Tval çıxış edərək keçmiş sovet respublikalarının xalqları ilə İordaniya xalqı arasında dostluqdan danışıblar. Tədbirdə iştirak etdiklərinə və göstərdikləri dəstəyə görə Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyova, eləcə də Rusiyanın, Ukraynanın və Qazaxıstanın səfirlərinə xüsusi minnətdarlıq ifadə olunub.
Konsert proqramında yaradıcı kollektivlərin ifasında məşhur Azərbaycan, rus, Ukrayna, qazax, Belarus, gürcü, İordaniya, çərkəz və qaraçı xalq mahnı və rəqsləri təqdim olunub.
Gecədə gənc və istedadlı həmvətənimiz Samiyə Hamis-Dadaşova məşhur “Cücələrim” Azərbaycan mahnısını ifa edib. Onun gənc rəqqasların müşayiəti ilə, milli geyimdə çıxışı gurultulu alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar