Yanvarın 29-da Xəzər Universitetinin, “Vienna Art Center”in və “Yves Rocher” Fransa şirkətinin birgə dəstəyi ilə gənc rəssamların əsərlərindən ibarət “Kompromis” adlı sərgi açılacaq. 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan sərgi “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Xəzər Universitetinin “Neftçilər” korpusunda gerçəkləşəcək.
Sərgidə 16 rəssamın rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək. Mərasimdə iştirakçı rəssamlara sertifikatlar, molbertlər, sərginin kataloqu və Fransanın “Yves Rocher” şirkətinin hədiyyələri təqdim olunacaq.
Üç gün davam edəcək sərgiyə Xalq rəssamı Hüseynqulu Əliyev, Əməkdar rəssam Sakit Məmmədov, Tatyana Kesar, Aynur Həşimova və və başqa tanınmış fırça ustaları dəstək veriblər.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar