Yanvarın 28-də “Abşeron” rəsm qalereyasında “Yaponiya müsabiqəsinin qalibləri” mövzusunda sərgi açılıb. Sərgidə üç yeniyetmə rəssamın - Cavidan Əhmədovun, Məhəmməd İsmayılovun və Nərgiz Əmiraslanovanın 60-dək əl işi - qrafik kompozisiyalar və yağlı boya ilə işlənmiş tablolar nümayiş olunur.
Cavidan Əhmədovun kompozisiyalarından biri ona Yaponiyada beynəlxalq müsabiqədə birincilik qazandırıb. Məhəmməd İsmayılov da 2012-ci ildə Yaponiyada çoxfiqurlu kompozisiyası ilə uğur qazanıb. Nərgiz Əmiraslanovanın isə cəmi 8 yaşı var və onun sənət nailiyyətləri hələ irəlidədir. Sərgi fevralın 3-dək davam edəcək.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar