Qusar Dövlət Rəsm Qalereyasında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə gənc rəssamların əl işlərindən ibarət sərgi təşkil edilib. Sərgidə yerli həvəskar rəssamların müxtəlif mövzularda 35-dən artıq rəsmi nümayiş edilir. İlqar Burziyevin, Zöhrab Nağıyevin, Kəmalə Hacıyevanın, Aygün Qubatovanın, Nərgiz Hüseynəliyevanın əl işləri qalereyaya gələnlərdə xoş təəssürat yaradır.
Qeyd edək ki, Qusar Dövlət Rəsm Qalereyası ötən ilin sentyabrından müasir üslubda genişləndirilmiş, hər cür şəraitə malik olan yeni binada fəaliyyət göstərir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar