“Euronews” televiziya kanalında Bakıdakı Heydər Əliyev Mərkəzində keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi haqqında süjet yayımlanıb. Süjetdə Heydər Əliyev Fondunun və “Baku” jurnalının birgə təşkilatçılığı ilə açılan sərgidə müxtəlif janrlarda işləyən azərbaycanlı rəssamların 100-dən artıq əsərinin nümayiş olunduğu bildirilib.
Qeyd edilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ideya müəllifi olduğu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Britaniyanın paytaxtı Londonda açılıb. “Bakıya uçuş” daha sonra Paris, Berlin, Moskva, Roma və Vyanada nümayiş olunub.
Sərgi barədə süjetin dünyanın nüfuzlu kanallarından olan “Euronews”da yayımlanması Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin, müasir incəsənətimizin dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin əhəmiyyətini bir daha sübut edir.









Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar