“Gənclər mükafatı”na layiq görülən 25 nəfərdən 19-u mədəniyyət və incəsənət sahəsində çalışır
Xəbər verdiyimiz kimi, Azərbaycan Gəncləri Günü münasibətilə fevralın 5-də “Buta Palace”da elm, təhsil, mədəniyyət və incəsənət sahələrində nailiyyətlər qazanmış, respublikamızı xarici ölkələrdə yüksək səviyyədə təmsil etmiş istedadlı gənclərə Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlar təqdim olunub. Əlamətdar faktdır ki, “Gənclər mükafatı”na layiq görülən 25 nəfərdən 19-u mədəniyyət və incəsənət sahəsində fərqlənən, uğur qazanan istedadlı gənclərdir. Onları oxucularımıza təqdim edirik.
Musiqi sahəsində qazandığı nailiyyətlərə görə təltif olunanlar: Ceyla Seyidova, Tofiq Şıxıyev, Soltan Səmədli, Nəriman Əmiraslanov, İbrahim Nəsrullayev, Yasin Həsənov, Aysel Nərimanova, Fərid Həsənov.
Rəssamlıq sahəsində qazandığı nailiyyətlərə görə mükafatlandırılanlar: Mürsəl Abbasov, Mətin Şərifov, Aqşin Kazımov.
Teatr sahəsində fərqlənənlər: Gültac Əlili, Murad Məmmədov.
Kulinariya sahəsində qazandığı nailiyyətlərə görə təltif olunanlar: Gülnar Ələsgərova, Ağa Aşurov.
Ədəbiyyat sahəsində qazandığı nailiyyətlərə görə mükafata layiq görülənlər: Emin Piriyev, Aysel Kərimova.
Memarlıq sahəsində uğurlarına görə təltif olunanlar: Maksim Starçuk, Ruqiyyə Mustafayeva.
Qeyd edək ki, mükafatın təsis edilməsində əsas məqsəd istedadlı və yaradıcı gəncləri həvəsləndirmək, onların peşəkarlıq səviyyəsinin artırılması üçün əlavə stimul verməkdir. Bütün laureatları təbrik edirik.
Fariz Hüseynov