Fevralın 18-də Dövlət Film Fondunun konfrans zalında Azərbaycan Dövlət Rəsm Qalereyasının toplantısı keçirilib. Toplantıda 2013-cü ilin yekunlarının hesabatı dinlənilib, 2014-cü ildə qarşıda duran məqsəd və vəzifələr müzakirə olunub. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyeva və şöbənin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov çıxış ediblər. Qalereyanın fəaliyyətinin günün tələblərinə uyğun olaraq qurulması istiqamətində konkret tapşırıq və tövsiyələr verilib. Toplantının sonunda 2013-cü ilin yekunlarına əsasən səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa qalereyanın fəxri fərmanı təqdim edilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar