Mədəniyyət və İncəsənət Universitetinin müəllimi, Əməkdar artist Tahir Eynullayev martın 15-16-da Tbilisidə keçiriləcək uşaq və yeniyetmələrin xoreoqrafiya sənəti üzrə beynəlxalq festival-müsabiqəsində münsiflər heyətində yer alacaq. Vaxtanq Çabukiani adına festival-müsabiqədə ölkəmiz ilk dəfə təmsil olunacaq. Müsabiqədə “Təbəssüm” Uşaq Teatrı və Bakı Xoreoqrafiya Məktəbinin şagirdləri iştirak edəcək. Festivalda Tahir Eynullayev milli rəqslərimizdən nümunələr nümayiş etdirəcək.