Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİİM) nəzdindəki “Sozvezdiye” gənclərin yaradıcılıq klubu tərəfindən “Mixail Lermontov və Mirzə Fətəli Axundzadə Vətənə məhəbbət haqqında” mövzulu ustad dərsi təşkil edilib. Gənc rəssamlarla “Azərbaycan İncəsənət Konsulluğu” təşkilatından olan ustadlar məşğul olublar. Üç gün davam edən ustad dərsinə fevralın 28-də İçərişəhərdəki “Natəvan” rəsm qalereyasında yekun vurulub.
Qeyd edək ki, bu il böyük rus şairi, yazıçı, dramaturq Mixail Lermontovun 200 illik yubileyidir. Şair hərbi qulluqda ikən Qafqaza səfəri zamanı Mirzə Fətəli Axundzadə ilə tanış olub, onların arasında dostluq yaranıb. Axundzadənin sayəsində şair Qafqaz xalqları, onların adət və ənənələrini yaxından tanıyıb. Lermontov həmçinin Azərbaycan dilini öyrənməyə başlayıb. O, şeir yazmaqla yanaşı, həm də Qafqaz mənzərələrini çəkirdi.
Qalereyada gənc rəssamların Mirzə Fətəlinin və Lermontovun əsərlərinin motivləri əsasında çəkdikləri işlər nümayiş olunub.
“Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov, “Sozvezdiye” gənclərin yaradıcılıq klubunun rəhbəri Münəvvər Muxtarova, qalereyanın direktoru Natəvan Əliyeva və “Azərbaycan İncəsənət Konsulluğu”nun direktoru Dadaş Məmmədov çıxış edərək tədbirin əhəmiyyətini qeyd ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar