İyulun 2-dən 6-dək Macarıstanın Kaloça şəhərində XX ənənəvi Dunay mahnı və rəqs festivalı keçiriləcək. 10-dan çox ölkənin qatılacağı festivala bu il Azərbaycan fəxri qonaq statusunda dəvət alıb. Ölkəmizi bu populyar mədəniyyət bayramında Masallı rayonunun "Halay" rəqs qrupu və xalq çalğı alətləri ansamblı təmsil edəcək. Festival çərçivəsində canlı musiqinin müşayiəti ilə Azərbaycan rəqslərinin nümayişi, folklor nümunələrinin təqdimatı, ayrıca "Azərbaycan musiqisi gecəsi"nin təşkili nəzərdə tutulur.