Parisin “Jozef” qalereyasında Azərbaycan-Avropa Cəmiyyətinin təşkilatçılığı ilə Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində məcburi köçkünə çevrilmiş azərbaycanlıların həyatından bəhs edən “Yarımçıq arzular” mövzusunda fotosərgi keçirilir. Sərgidə tanınmış amerikalı fotoqraf Ed Koşinin Azərbaycana səfəri zamanı çəkdiyi fotolar yer alıb. Fotosərgi bu ilin aprelində Londonda nümayiş olunmuşdu.
Fransa paytaxtında təşkil edilən sərgi 20 iyun - Dünya Qaçqınlar Gününə həsr olunub fotosərgi iyunun 25-dək davam edəcək.