“Baku Creative Center”in təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Nar Mobile” mobil operatorunun baş sponsorluğu ilə “Azerbaijan Art Festival - 2014” (“Azərbaycan İncəsənət Festivalı”) layihəsinin bölgələrdə sərgiləri davam edir.
Layihə çərçivəsində növbəti sərgi Qazax Dövlət Rəsm Qalereyasında təşkil olunub. Mərasimdə qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək tədbirin əhəmiyyəti haqqında sərgi iştirakçılarına məlumat verib.
Sərgidə respublikanın tanınmış heykəltəraşlarının və rəssamlarının 40-a yaxın sənət əsəri nümayiş etdirilib. Nümayiş etdirilən heykəltəraşlıq və rəsm əsərləri sərgiyə gələnlər tərəfindən maraqla qarşılanıb.
“Azerbaijan Art Festival - 2014” layihəsi iyulun 30-dək davam edəcək.