Rəssamlıq müsabiqəsi keçirilir

2014-cü il sentyabrın 20-də Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış "Əsrin müqaviləsi"nin imzalanmasının 20 ili tamam olur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), Mədəniyyət və Turizm Nazirliyi və İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə bu əlamətdar hadisə münasibətilə "Art Energy - 20" mövzusunda müsabiqə elan edilib.
Müsabiqəyə təqdim olunan əsərlər Azərbaycan neft sənayesinin tarixini, Neft Daşlarını, "Əsrin müqaviləsi"nin, Bakı-Tbilisi-Ceyhan, "Azəri-Çıraq-Günəşli"", "Şahdəniz" layihələrinin respublikamızın sosial-iqtisadi inkişafında rolunu, neftçilərimizin fədakar əməyini tərənnüm etməlidir. Rəsmlər ARDNŞ, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin ümumi mükafat fondu 20 min manat, o cümlədən I yer (3 mükafat) üçün 9 min, II yer (3 mükafat) 6 min, III yer (3 mükafat) 3 min manat, həvəsləndirici mükafatlar (10 mükafat) üçün 2 min nəzərdə tutulub.
Müsabiqə barədə ətraflı məlumatı ARDNŞ saytından () almaq olar. İşlər sentyabrın 13-dək qəbul olunacaq.