Sağlamlıq imkanları məhdud gənclərin rəsm və əl işləri sərgisi
Avqustun 20-də Filarmoniya bağında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə sağlamlıq imkanları məhdud gənclərin “Xəyallarımızın rəsmlərdəki tərənnümü” mövzusunda rəsm və əl işləri sərgisi keçirilib.
Tədbirdə çıxış edənlər bildiriblər ki, sərginin məqsədi fiziki məhdudiyyətli gənclərin bacarıqlarını nümayiş etdirmək, dost əhatəsini genişləndirmək, onların cəmiyyətə inteqrasiyasını təmin etmək və layihə iştirakçısı olan gənclərdə stimul yaratmaqdır.
Vurğulanıb ki, satışdan əldə edilən vəsait fiziki məhdudiyyətli gənclərə qismən yardımçı olmaq məqsədilə onlara təqdim ediləcək.
Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində hazırlıq keçən gənclər öz xəyallarındakı reallıqları, fikirlərində qurduqları gələcəklərini əl işləri, rəsmlər, taxta üzərində oyma nümunələri vasitəsilə sərgiyə maraq göstərən hər kəslə bölüşüblər. Onlar sərgilənən əl işləri ilə digər insanlardan heç də fərqlənmədiklərini, eyni zamanda özlərinin tək deyil, gələcəyə və bu günə lazımlı şəxslər olduqlarını sübut ediblər.
Diqqətə çatdırılıb ki, belə layihələrdən gənclərin mənəvi zövq və xoşbəxtlik qazanması, sərgi vasitəsilə onların kəşf olunması, cəmiyyətə inteqrasiyasının sürətləndirilməsi kimi uğurlu nəticələrin əldə olunması gözlənilir.