Noyabrın 26-da Daşkənddəki Kəmaləddin Bexzod adına Rəssamlıq və Dizayn İnstitutunda "İpək yolu Azərbaycan və özbək rəssamlarının gözü ilə" rəsm sərgisi keçiriləcək. Sərgi Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Kəmaləddin Bexzod adına Daşkənd Rəssamlıq və Dizayn İnstitutu və Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən təşkil olunub.
Tədbirin məqsədi iki ölkə arasında mədəni əməkdaşlığı genişləndirmək, tarixi İpək yolunun iki xalqın həyatında rolunu bir daha göstərməkdir. Sərgidə tanınmış Azərbaycan rəssamlarından Səttar Bəhlulzadə, Maral Rəhmanzadə, Toğrul Nərimanbəyov, Elbəy Rzaquliyev və başqalarının əsərləri nümayiş etdiriləcək.