Azərbaycanın Moldovadakı səfirliyində ölkəmizin tanınmış rəssamı Mirteymur Məmmədovun qrafika işlərinin sərgisi keçirilib. Tədbirdə həmçinin Mirteymur Məmmədovun əsərlərindən ibarət “Qızıl tarix” albom-kataloqunun təqdimatı keçirilib. Nəşr səfirliyin dəstəyi ilə işıq üzü görüb. Gözəl illüstrasiyalı nəşrə rəssamın İçərişəhərə həsr olunmuş ən yaxşı qrafika işləri daxil edilib. Albomda Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, rusiyalı sənətşünas Yelena Ponomaryova və Mirteymur Məmmədovun Azərbaycan, moldav, ingilis və rus dillərində giriş məqalələri verilib, İçərişəhərin gələcək nəsillər üçün qorunub saxlanmasından söz açılıb.
Tədbirdə xarici diplomatlar, Moldova mədəniyyət nazirinin müavini İqor Şarov, ölkənin mədəniyyət, ədəbiyyat xadimləri, diaspor təmsilçilərimiz iştirak ediblər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar