Dekabrın 3-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Azərbaycan Yazıçılar, Fotoqraflar və Jurnalistlər birliklərinin üzvü Şirməmməd Nəzərlinin “Azərbaycan rəssamlarının foto portretləri” sərgisi açılacaq. Sərgidə respublikanın tanınmış rəssam, heykəltəraş və sənətşünaslarının portretləri nümayiş olunacaq.
Sərginin məqsədi yaradıcı insanlara diqqət göstərmək, onların bir-biriləri ilə növbəti dəfə təmasda olmalarına şərait yaratmaq, foto sənəti ilə rəssam yaradıcılığının yaxınlığı mövzusunda müzakirələr aparmağa yardımçı olmaqdan ibarətdir. Sərgi üçün 55 sənətkarın portreti hazırlanıb.