Dövlət Rəssamlıq Akademiyasında sərgi

Noyabrın 28-də Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində tanınmış rəssam Zaur Tağıyevin “Narıncı” adlı sərgisi açıldı.

Tədbiri Rəssamlıq Akademiyasının prorektoru, professor, Xalq rəssamı Fuad Salayev açaraq Zaur Tağıyevin yaradıcılıq yoluna nəzər saldı. Qeyd etdi ki, fərqli düşüncə tərzinə sahib olan rəssamın milli koloriti ilə seçilən əsərləri dünyanın bir çox ölkələrində şəxsi kolleksiyalarda saxlanılır.
Xalq rəssamı Arif Hüseynov nümayiş olunan əsərlər haqqında fikirlərini bölüşdü, bu orijinal rəngkarlıq nümunələrinin tamaşaçıda xoş təəssürat və şən ovqat yaratdığını vurğuladı.
Qeyd edək ki, Zaur Tağıyevin ilk fərdi sərgisi 2010-cu ildə təşkil olunub. 2013-cü ildə Rəssamlıq Akademiyasında “Ümid” adlı sərgisi keçirilib. Rəssam əsərlərini realizm, sürrealizm və son dövrlərdə isə mücərrəd üslublarda işləyərək daha da zənginləşdirməyə nail olub.
Sərgidə Zaur Tağıyevin müxtəlif janr və üslublarda 100-dən artıq rəngkarlıq nümunəsi nümayiş olunur.
Rəssamın əsərləri cəlbedici koloritinə görə fərqlənir. Narıncı rənglərin çoxluq təşkil etdiyi sərgidə bu sənət nümunələrindən dünyanın həzin çalarlarını sevən tamaşaçılara da pay düşüb. Çünki sərgidə rəssamın əl işlərinin simvolik qiymətə satışı da təşkil edilib.
Zaur Tağıyevin sayca üçüncü olan fərdi sərgisinin nümayişi dekabrın 10-dək davam edəcək.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar