Azərbaycanın ilk milli zərgərlik brendi olan «Rəsm» 3-6 dekabr tarixində Dubaydakı Dünya Ticarət Mərkəzində keçiriləcək Beynəlxalq Zərgərlik Həftəsində təmsil olunacaq. İstehsalçıları, satıcıları, peşəkar sənətkarları bir araya gətirən sərgidə «Rəsm»in zərgərlik məmulatları C3-45 nömrəli («Elegant Avenue») stendində nümayiş etdiriləcək.
«Rəsm» qədim Azərbaycan ornament və naxışlarının müasir interpretasiyasını təqdim edir. Onun təqdim etdiyi zinət əşyaları sadəcə dəbdəbəli aksesuar deyil, Azərbaycanın mədəniyyətinə, ənənələrinə və milli ruhuna bağlıdır. Bütün məmulatlar dizaynın tarixi konteksti, ornament və ənənəvi naxışların mənşəyi barədə məlumatlar və təsvirlərlə təqdim olunur.

Fəxriyyə