Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına həsr olunmuş sərgi təşkil edilib. Sərgidə universitetin rəssamlıq fakültəsinin bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələrinin kompüter qrafikası üslubunda hazırlanmış, Avropa Oyunlarında təmsil olunacaq bütün idman növlərini əks etdirən 40-a yaxın işi nümayiş olunub.
Universitetin rektoru, professor Fərəh Əliyeva, Xalq rəssamı Xanlar Əhmədov, rəssamlıq fakültəsinin dekanı, dosent Sevda Sadıxbəyova, IV kurs tələbəsi Nuradə Ələsgərova və I kurs tələbəsi Sevil Zeynalova çıxış edərək sərgi və onun əhəmiyyətindən danışıblar.
Çıxışlarda I Avropa Oyunlarının Bakıda keçirilməsinin bütün Avropa Olimpiya hərəkatı və ölkəmiz üçün tarixi hadisə olduğu, gənclərin bu mötəbər tədbirin təbliğinə cəlb olunmasının vacibliyi qeyd edilib.
Sonra sərgiyə baxış keçirilib. Nümayiş olunan işlər müəllim, tələbə və qonaqlar tərəfindən yüksək qiymətləndirilib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar