Dekabrın 17-də Milli İncəsənət Muzeyində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Vətənimin səs dünyası” adlı konsert və sərginin açılışı keçirildi.

Layihə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Milli İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə dəstəyi ilə gerçəkləşdi.
Tədbirdə çıxış edən Milli İncəsənət Muzeyinin innovasiya və xarici əlaqələr şöbəsinin müdiri Əminə Məlikova layihə haqqında məlumat verdi. Qeyd etdi ki, Milli İncəsənət Muzeyi Azərbaycan mədəniyyətinin, incəsənətinin qorunması və təbliğ olunmasına xidmət edən layihələrə hər zaman dəstək verir.
Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova tədbirin əhəmiyyətini yüksək qiymətləndirdi. O, Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək, əlamətdar günün ölkəmizin tarixində mühüm hadisələrdən olduğunu vurğuladı.
Çıxışlardan sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tələbələrinin ifasında Tofiq Quliyevin “Qaytağı”, Qara Qarayevin “Prelüdiya”, “Eskiz”, Qəmbər Hüseynlinin “İlk məhəbbət”, eləcə də F.Şopen, F.List, C.Bize, A.Sen-Sans, İ.Bramsın müxtəlif əsərləri səsləndirildi.
Tədbir çərçivəsində “DA-Art” Təsviri İncəsənət Mərkəzinin məzunlarının müxtəlif mövzuları əhatə edən rəsm əsərlərindən ibarət sərgi də maraqla qarşılandı.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar