Gənc rəssamların art-layihələrinin ekspozisiyası

Dekabrın 17-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Reanimasiya” adlı sərgi açıldı. Tədbiri Əməkdar rəssam və müstəqil kurator Səbinə Şıxlinskaya açaraq bildirdi ki, layihə “YARAT” Müasir İncəsənət Məkanının təşəbbüsü ilə keçirilən “Kuratorluq təcrübələri. Sərgi layihəsinin yaradılması” mövzusunda ustad dərslərinin nəticəsidir.

Qeyd olundu ki, teatr ədəbiyyatdan sirkədək özündə müxtəlif sahələri birləşdirən incəsənətin ən mürəkkəb anlayışıdır: “Ancaq teatrın ən unikal xüsusiyyəti ondadır ki, onun inkişafı bütövlükdə cəmiyyətin inkişafından və mədəniyyətin vəziyyətindən ayrılmazdır. Muzeylər isə keçmiş hadisələr və insanlar haqqında informasiyaların qoruyucularıdır. Bizim layihədə iki böyük sosial institut - teatr və muzey bir məkanda birləşib. 80 yaşı olan Azərbaycan Dövlət Teatr Muzeyi insanların səyləri ilə yaranıb. Onlar milli teatra aid olan bütün məlumatları və o illərin hadisələrini yaddaşda saxlamaq istəyiblər. Bunun nəticəsidir ki, Azərbaycan teatrının inkişafını əks etdirən zəngin arxiv və fotosənədlərin kolleksiyası muzeydə toplanıb. “Reanimasiya” layihəsi də muzeyin arxiv materialları əsasında gənc rəssamların öz art-layihələrini yaratdıqları adi və ənənəvi muzey ekspozisiyasıdır”.
Layihənin kuratoru Mehparə Abbasova sərginin teatrın arxivinə yeni mövqedən yanaşan altı rəssamın yaratdığı əsərlərin məcmusu olduğunu bildirdi. Qeyd olundu ki, sərgi muzeyin ekspozisiyasına arxiv materialları əsasında öz art-layihələrini yaratmış gənc rəssamların gözləri ilə baxmağı təklif edir. Məqsəd cəmiyyətin teatra əvvəlki diqqətini bərpa etməkdir.
Dekabrın 27-dək davam edəcək sərgidə gənc rəssamlardan Səbinə Mirzəyeva, Elşən İbrahimov, Rüfət Əliyev, Anar Şəmsiyev, Vəfa Əsədi və Könül Rəfiyevanın işləri nümayiş olunur.

Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar