İstanbuldakı “Niş Art” qalereyasında rəssam Tünzalə Məmmədzadənin və tələbələrinin “İpəkdə yaşayan izlər” adlı rəsm sərgisi keçirilib. Sərgidə rəssamın və tələbələri Elmar Məmmədzadə, Mahizər İbadzadə və Fərid Salamlının şəffaf ipək üzərində yaratdıqları 50-yə yaxın əl işi nümayiş olunub.
Açılışda Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycanın İstanbuldakı konsulu Esmira Hüseynova, Yeditepe Universitetinin dosenti Teymur Rzayev, Türkiyədə yaşayan azərbaycanlı rəssamlar Ədalət Qarayev və Əbülfəz Fərəcoğlu çıxış edərək T.Məmmədzadənin yaradıcılığının Azərbaycan rəssamlığında yeni yol olduğunu söyləyiblər.
Qeyd edək ki, T.Məmmədzadə dekorativ-tətbiqi sənətlə təsviri sənəti sintez edərək şəffaf ipək üzərində rəsm əsərləri yaradan ilk rəssamdır. O, Azərbaycan rəssamlığını digər ölkələrdə də layiqincə təmsil edəcəyini söyləyib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar