Dekabrın 19-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində “Baxış” yaradıcılıq festivalı çərçivəsində təşkil edilən “Düşüncə” adlı sərginin açılışı oldu.

Mədəniyyət və Turizm Nazirliyi və Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərginin məqsədi dekorativ-tətbiqi sənət sahəsində çalışan gənclərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və ictimaiyyətə tanıtmaqdır.
Tədbiri giriş sözü ilə açan akademiyanın rektoru, Xalq rəssamı Ömər Eldarov bildirdi ki, Azərbaycan gəncləri böyük yaradıcılıq potensialına malikdir. Belə sərgilər Rəssamlıq Akademiyasında təhsil alan tələbələrin imkanlarının üzə çıxarılmasında mühüm rol oynayır: “Akademiyada hər il çoxlu sərgilər təşkil edir, gənclərin bacarıqlarının daha da təkmilləşməsi, inkişafı və tanınmaları üçün çalışırıq”.
Belarusun ölkəmizdəki səfiri Nikolay Patskeviç Azərbaycan xalqı və onun yaradıcı gəncləri haqqında xoş sözlər dedi. Azərbaycanlıların yüksək mədəniyyət, qonaqpərvərlik və tolerantlıq kimi böyük dəyərlərə malik olduğunu vurğuladı: “Azərbaycan xalqı dünyaya təkcə mədəniyyət və incəsənət sahəsində deyil, həm də başqa sahələrdə böyük istedada sahib insanlar bəxş edib. Xalqınız çox mehriban, yaradıcı, işıqlı qəlbə malikdir. Ölkələrimiz və xalqlarımız arasında yaxşı dostluq münasibətləri var”. Sərginin iştirakçılarına yeni yaradıcılıq uğurları arzulayan səfir belə tədbirlərin gənclərin həyatında mühüm rol oynadığını bildirdi.
Sonra iştirakçılar sərgi ilə tanış oldular. Sərgidə dekorativ-tətbiqi sənət fakültəsinin bədii toxuculuq və xalçaçılıq, bədii keramika və digər ixtisaslar üzrə təhsil alan tələbələrinin 100-dək əl işi və 150-dən çox rəsm əsəri nümayiş olunur. Dekabrın sonunadək davam edəcək sərgi çərçivəsində nümayiş etdirilən əsərlərin satışı da keçirilir.
Sonda akademiyanın müəllimi, bəstəkar və rəssam Azər Səfərovun lirik estrada və caz bəstələri səsləndirildi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar