Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Bir-birimizi tanıyaq” layihəsi çərçivəsində “Həyatın anları” adlı fotosərgi açılıb. Layihə təhsil ocağının və Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) tələbə gənclər təşkilatının birgə təşəbbüsü nəticəsində reallaşıb.
Layihə çərçivəsində ilk sərginin müəllifi ADİU-nun təmsilçisi Cəlal Kəngərlidir. Onun sərgidə 50 fotoşəkli nümayiş olunub. Fotolarda müəllif insan həyatının ecazkar anlarını əks etdirib.
Sərginin açılış mərasimində ADMİU-nun rektoru, professor Fərəh Əliyeva, professorlar Məryəm Əlizadə, Gülşən Əliyeva-Kəngərli çıxış edərək layihənin əhəmiyyətindən, ali məktəblər arasında əlaqələrin daha da güclənməsindən söz açıb, müəllifə uğurlar arzulayıblar.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar