“The Best model of the World” titulunu qazanmış azərbaycanlı model, hazırda Amerikada yaşayan Rüstəm Cəbrayılov bu ilin sentyabrında ABŞ-ın Bruklin kollecində təhsil alacaq. Onun kollecdə təhsil almasında məqsəd ingilis dilini mükəmməl mənimsəməkdir. Həmyerlimiz xarici dili tamam öyrəndikdən sonra Amerikada məşhur rejissorlardan birinin filmində çəkiləcək. R.Cəbrayılov Birləşmiş Ştatlarda model kimi də fəaliyyətini davam etdirəcək.