Azərbaycan rəssamları Rəşad Ələkbərovun və Hüseyn Haqverdinin əsərləri martın 18-dən 21-dək “Art Dubai-2015” bədii sərgisində nümayiş olunacaq. Bu barədə nümayişin təşkilatçısı olan “YAY” qalereyasından məlumat verilib.
Rəşad Ələkbərov son illərdə incəsənət aləminin diqqətini cəlb edən rəssamlardan biridir. Onun “Art Dubai-2015” sərgisi üçün nəzərdə tutulmuş sifarişləri “kölgə əsərləri”nin daxilində əks olunan yeni incəlikləri tədqiq etməyə imkan verəcək miqyasda hazırlanıb. Hüseyn Haqverdi heykəltəraşlıq nümunələri ilə məşhurdur. Onun əl işləri Avropa ölkələrində, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri və ABŞ-da sərgilərdə nümayiş etdirilib.