Məşhur Harri Potter rolunun ifaçısı Deniel Redkliff bu dəfə də “Qara paltarlı qadın” (“The Woman in Black”) adlı mistik bir trillerdə baş rola dəvət alıb. 20 yaşlı aktyor filmdə Artur Kipps adlı gənc hüquqşünası canlandıracaq. Qeyd edək ki, film yazıçı Syuzan Xillin eyniadlı əsəri əsasında ekranlaşdırılıb. Filmin süjeti də olduqca maraqlıdır. Belə ki, filmdə hadisələr Londondan İngiltərənin qərb sahilinə gələn və mərhum malikanə sahibəsinin sənədlərini rəsmiləşdirən gənc hüquqşünas Artur Kippsin ətrafında cərəyan edir. Sənədləri tədqiq edərkən Artur bir çox müəmmalı sirlərin üstünü açır, xüsusilə də hər kəsi qorxu içində saxlayan qara paltarlı qadının.
   Qeyd edək ki, filmin prodüsserlyi ilə əsasən dəhşətli filmlərin çəkilişləri ilə tanınan məşhur “Hammer Film Productions Limited” kinostudiyası və “Alliance Films” şirkəti məşğul olacaq. Rejissoru Ceyms Uotkins və ssenari müəllifi Ceyn Qoldman olan filmin çəkilişlərinə 2010-cu ilin payız aylarında başlanacağı bildirilir. Yaradıcı heyət filmin ekrana çıxmasını isə 2011-ci ilə planlaşdırır.