Mayın 13-də Heydər Əliyev Mərkəzində “Müasir türk rəsm sənətində təxəyyül, məkan və zaman” adlı sərgi açılacaq. Sərgi Türkiyə Respublikası Mərkəzi Bankı ilə birgə təşkil edilib. Türkiyənin Mərkəzi Bankı respublikanın qurulduğu ilk illərdə mədəniyyət və incəsənətin inkişafına dəstək məqsədilə sənət kolleksiyası yaradıb. Kolleksiyadakı əsərlərin sayı artıq 900-ə çatıb və indiyədək 16 ölkədə bu əsərlərdən sərgilər təşkil olunub. Heydər Əliyev Mərkəzində sərgi iyulun 31-dək davam edəcək.