Sentyabrın 4-dən 6-dək İstanbulda beynəlxalq çağdaş və modern sənət dünyasını özündə birləşdirən "Artinternational" sərgisi nümayiş olunacaq.
27 ölkədən 400-dən çox sənətkarın qatılacağı beynəlxalq sərgi İstanbulun Haliç Konfrans Mərkəzində reallaşacaq. Sərgidə İngiltərənin dünyaca məşhur rəssamları olan David Hockney və Grayson Perrynin əsərləri ilə yanaşı, Çinin "Görünməz adam" ləqəbli görkəmli fırça ustası Liu Bolinin də əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, artıq üçüncü dəfə keçirilən sərgini keçən il 20 mindən artıq insan ziyarət edib və sərgidən 26 milyon dollar gəlir əldə olunub.