Respublikanın şəhər və rayonlarında xoreoqrafiya üzrə mütəxəssislərin hazırlıq səviyyəsinin yüksəldilməsi, uşaq incəsənət məktəblərinin xoreoqrafiya şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mütəmadi olaraq Bakı Xoreoqrafiya Akademiyasının ixtisas fənn müəllimlərinin iştirakı ilə zonalar üzrə ustad dərsləri təşkil edilir.
Növbəti ustad dərsləri Abşeron rayonunda keçirilib. Akademiyanın müəllimləri Mehriban Nəzərova və Zəminə Sadıqzadənin apardıqları dərslərdə Abşeron, Şuşa, Füzuli, Kəlbəcər rayon uşaq incəsənət məktəbləri, klub və mədəniyyət evlərində çalışan xoreoqrafiya sahəsi üzrə mütəxəssislər iştirak ediblər.
Dekabr ayında həmçinin akademiyanın müəllimlərinin Sumqayıt şəhərində ustad dərsləri keçməsi planlaşdırılır.