Yanvarın 18-də “Art Villa” qalereyasında Şimali Kipr Türk Cümhuriyyətinin Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin təşkilatçılığı ilə “İzdüşüm-B” adlı sərgi açılacaq.
Qalereyadan bildirilib ki, sərgidə 13 rəssamın 25 işi nümayiş olunacaq.
Yaxın Doğu Universitetinin incəsənət və dizayn fakültəsinin 2015-2016-cı illər üçün “Beş paytaxt, beş sərgi” layihəsi çərçivəsində təşkil ediləcək sərgi yanvarın 22-dək davam edəcək.
Layihə çərçivəsində ilk sərgi olan “İzdüşüm-A” Ankarada nümayiş olunub.