Yanvarın 3-dən 6-dək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin IV kurs tələbələri Azər Səlimli və Fərid Quliyev İspaniyada keçirilən nüfuzlu “Gran Fiesta” beynəlxalq incəsənət festivalı və müsabiqəsində iştirak ediblər. 40-dək ölkədən 1000-ə yaxın iştirakçının qatıldığı müsabiqə müxtəlif nominasiyalar üzrə keçirilib.
Universitetin tələbəsi, beynəlxalq müsabiqələr laureatı Azər Səlimli xanəndəlik (xalq vokalı) nominasiyasında birinci yeri qazanıb. Qarmon ifaçısı Fərid Quliyev isə instrumental ifa nominasiyasında “Köhnə Bakı” rəqsini ifa edərək I yerə layiq görülüb. Tələbələrimizin çıxışları müsabiqədə böyük maraq doğurub.